Oyun vaxtı futbolçunun ÜRƏYİ DAYANDI

İngiltərədə "Vest Bricford" və "Boston Yunayted" komandaları arasında keçirilən Gənclər Kuboku oyunu başa çatdırılmayıb

İngiltərədə "Vest Bricford" və "Boston Yunayted" komandaları arasında keçirilən Gənclər Kuboku oyunu başa çatdırılmayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, buna futbolçulardan birinin ürəyinin dayanması səbəb olub.

"Vest Bricford"in oyunçularından biri matç zamanı infarkt keçirib. Komandanın həkimləri ona ilkin tibbi yardım göstərib. Daha sonra meydana bir neçə təcili yardım maşını və xilasetmə helikopteri daxil olub.

Xəstəxanaya yerləşdirilən futbolçunun vəziyyəti yaxşı deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31