Avtomobil yük maşınına ÇIRPILIB

Sentyabrın 1-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhruz Bağırov idarə etdiyi “Daewoo Centra” markalı avtomobili qarşıda gedən Şamaxı rayon sakini H.Bağırovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurmuşdur.

Sentyabrın 1-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhruz Bağırov idarə etdiyi "Daewoo Centra" markalı avtomobili qarşıda gedən Şamaxı rayon sakini H.Bağırovun idarə etdiyi "MAN" markalı yük avtomobilinə vurmuşdur. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Bağırov orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31