Şəmkir rayonunda yanğın hadisəsi BAŞ VERİB

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Olaylar.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda bazarın ərazisində hər birinin sahəsi 5 kvadratmetr olan taxta konstruksiyalardan ibarət yeddi ədəd köşk və ümumi sahəsi 10 kvadratmetr olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Məlumata görə, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31