Gəncədə körpə qız uşağı çantada KÜÇƏYƏ ATILIB-FOTO

Gəncədə küçədə körpə qız uşağı tapılıb.

Gəncədə küçədə körpə qız uşağı tapılıb.

Olaylar.az-ın məlumatına görə, uşaq vətəndaşlar tərəfindən Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yaxınlığında, çantanın içərisində tapılıb.

Əraziyə polis çağrılıb və polislərin iştirakı ilə qız uşağı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Körpə həkim nəzarətindən keçib və onun vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31