Daşkəsəndə çobanın minaya düşməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Daşkəsən rayonunda minaya düşən çobanla bağlı məlumat yayıb.

Baş Prokurorluq Daşkəsən rayonunda minaya düşən çobanla bağlı məlumat yayıb.

Olaylar.az-a verilən məlumata görə, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən "Təkqaya" adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31