Ağdaşda ağır yol QƏZASI BAŞ VERİB
Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
28 Avqust 2021 12:01 ProblemAğdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
Olaylar.az milli.az istinadən xəbər verir ki, Birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi "VAZ-2101" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-21099"da olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31