Rusiyada son sutkada yoluxanların sayı ON DOQQUZ MİNİ KEÇİB

Rusiyada son sutka ərzində 19536 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb. Koronavirusla mübarizə böhran mərkəzindən çərşənbə günü jurnalistlərə verilən məlumata görə, ümumi yoluxma sayı 6,804,910 çatıb.

Olaylar.az "Tass"-a istinadən xəbər verir ki, Rusiyada son sutka ərzində 19536 yeni təsdiqlənmiş COVID-19 infeksiyası qeydə alınıb. Koronavirusla mübarizə böhran mərkəzindən çərşənbə günü jurnalistlərə verilən məlumata görə, ümumi yoluxma sayı 6,804,910 çatıb.

Məlumata görə, son sutka ərzində Moskvada 1402, Sankt -Peterburqda 1385, Moskva Bölgəsində 776 yeni yoluxma hadisəsi aşkar edilib. Həmçinin, bu müddət ərzində Sverdlovsk vilayətində 527, Rostov vilayətində isə 482 yeni koronovirus infeksiyası aşkar edilib

Ümumilikdə, hazırda Rusiyada 553,330 xəstə müalicə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31