Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad EYNİ GÜNDƏ ÖLDÜ
Bakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.
24 Avqust 2021 15:22 ProblemBakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.
Olaylar.az xəbər verir ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar.
Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31