Üzərində "patı" tapılan qadınlar SAXLANILDI-FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaşxaş-2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində içərisində qadınların da olduğu dəstə ifşa olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Olaylar"a verilən məlumata görə, Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar. Həmin şəxslərin üzərinə və Qəçrəş yaşayış massivində yığışdıqları evə baxış zamanı "patı", "şüşə" adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31