Əfqan miqrantlar Bakıda aksiya KEÇİRTMƏK İSTƏDİLƏR

Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub və icazəsiz aksiya keçirmək istəyənlər ərazidən uzaqlaşdırılıb.Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.Olaylar.az xəbər verir ki, qurumdan bildirilib ki, aksiya icazəsiz olduğu üçün polislər Həmin şəxslərlə profilaktik söhbət aparıb."Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31