Həkim səhv "resept" yazdı- 14 NƏFƏR XƏSTƏXANALIQ OLDU
Avqust ayında 14 nəfər dərman zəhərlənməsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib
23 Avqust 2021 12:25 Problem"Avqust ayında 14 nəfər dərman zəhərlənməsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib".
Olaylar.az xəbər verir ki, bunu Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.
O qeyd edib ki, onlar həkim təyinatı ilə edilən dərmanları içiblər, amma belə xoşagəlməyən vəziyyət əmələ gəlib:
"Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadın, 30 faizi isə kişi olub".
Baş toksikoloq əlavə edib ki, bu ay 8 nəfər allergik reaksiya ilə gəlib:
"Həmin şəxslər də həkim təyinatı ilə olan dərmanları içiblər, amma bədən həssaslığı nəticəsində belə reaksiya olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31