Daha bir məşhur COVID-19-dan VƏFAT ETDİ

Sonni Tiba/Çiba ləqəbi ilə tanınan yaponiyalı aktyor Sinyiti Tiba (əsl adı Sadaho Maeda) 82 yaşında dünyasını dəyişib.

Sonni Tiba/Çiba ləqəbi ilə tanınan yaponiyalı aktyor Sinyiti Tiba (əsl adı Sadaho Maeda) 82 yaşında dünyasını dəyişib.

Olaylar.az xəbər verir ki, o, Çiba prefekturasının Kimitsu xəstəxanasında koronavirusdan vəfat edib. Aktyor avqustun 8-dən xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Sinyiti Tiba əvvəl doğma Yaponiyada, daha sonra isə beynəlxalq səhnədə döyüş filmlərində oynamaqla şöhrət qazanıb. Geniş tamaşaçı kütləsi onu rejissor Kventin Tarantinonun "Billi öldürmək" filmində yaratdığı Hattori Hanzo rolu sayəsində tanıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31