DAHA BİR YANĞIN
Fövqaladə Hallar Nazirliyindən verilən məlumata əsasən ,Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 52 m² olan birmərtəbəli evin dam örtüyü 40 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin (yaşayış yoxdur) dam örtüyü 60 m² sahədə və ümumi sahəsi 100 m² olan çayxanada 2 ədəd kondisioner yanıb. Hər iki evin qalan hissəsi və çayxana yanğından mühafizə olunub
19 Avqust 2021 13:05 ProblemOlaylar.az-a Fövqaladə Hallar Nazirliyindən verilən məlumata əsasən ,Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 52 m² olan birmərtəbəli evin dam örtüyü 40 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin (yaşayış yoxdur) dam örtüyü 60 m² sahədə və ümumi sahəsi 100 m² olan çayxanada 2 ədəd kondisioner yanıb. Hər iki evin qalan hissəsi və çayxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bildirilir ki, Tərtər rayonunun Sarıcalı kəndində ümumi sahəsi 24 m² olan tövlənin çardağının yanar konstruksiyaları 14 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Göyçay rayonunun Şəhadət kəndində ümumi sahəsi 50 m² olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılan 6 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.