Oksigen azaldı.. Balıqlar öldü..

 Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.

Zuğulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.

Onun sözlərinə görə, yay aylarında bu, təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür. Xidmət rəsmisi qeyd edib ki, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31