Ceyranbatan su anbarında YANĞIN BAŞLADI
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.
12 Avqust 2021 18:14 ProblemAbşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Yanğın Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, geniş əraziyə yayılmasının qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31