Türkiyədə sel qurbanlarının sayı 9-a çatdı
Türkiyənin Kastamonu şəhərində güclü sel nəticəsində 2 nəfər həyatını itirib.
12 Avqust 2021 18:11 ProblemTürkiyənin Kastamonu şəhərində güclü sel nəticəsində 2 nəfər həyatını itirib.
Olaylar.az axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edək ki, avqustun 11-də Türkiyənin Sinop, Bartın, Kastamonu şəhərlərində güclü yağış başlamışdı.
***
Türkiyənin Qara dəniz sahilindəki Kastamonu əyalətində sel nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 1 nəfər Bartında itkin düşüb.
Baş verən təbii fəlakət bölgəsində 600-dən çox insan təxliyə edilib, 300-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Kastamonu əyalətinin Bozqurd şəhərində bir neçə çoxmərtəbəli bina sel səbəbindən çöküb, xilasedicilər dağıntılar üzərində işləyir.