Xaçmazda GƏNC OĞLAN İTKİN DÜŞÜB

Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Qafarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Qafarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, H.Qafarov 170 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31