SON DƏQİQƏ -Cəlilabadda MEŞƏ YANIR

Cəlilabad rayonunda baş verən meşə yanğınlarının qarşısı alınıb.

Cəlilabad rayonunda baş verən meşə yanğınlarının qarşısı alınıb.

Cəlilabad rayonu ərazisində yerləşən meşələrin Şatırlı, Ağbulaq və Ağdaş kəndləri yaxınlığındakı hissələri yanıb.

Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hər 3 yanğın ötən gün ildırım vurmadan baş verib.

Yanğınlar rayonunun Şatırlı kəndi ərazisində kənd sakinləri, Ağbulaq və Ağdaş kəndlərində isə meşə işçiləri və FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31