Vətəndaşlara bu şəraitdə VAKSİN VURULUR

Səhiyyə Nazirliyinin Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasının Kürdlər kənindəki həkim məntəqəsi baxımsız vəziyyətdədir.

Səhiyyə Nazirliyinin Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasının Kürdlər kənindəki həkim məntəqəsi baxımsız vəziyyətdədir.

Olaylar.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib. Onlar tibb məntəqəsinin baxımsız vəziyyətdə olmasından gileyləniblər.

Narahatlıq doğuran digər məqam isə bu cür uçuk-sökük binada sakinlərin koronavirus əleyhinə vaksinasiya olunmasıdır. 

"Belə şəraitdə adam xəstəlik tutmaqdan qorxur, hələ qaldı ki, hansısa xəstəliyə qarşı vaksinasiya olunasan" - sakinlər söyləyib.

Səhiyyə Nazirliyindən sorğusya cavab olaraq bildirilib ki, digər bütün xəstəxanalar kimi kəndlərdəki tibbi məntəqələr də 2020-ci ilin yanvarın 1-dən Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir.

Məsələ ilə əlaqədar TƏBİB-ə də sorğu ünvanlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31