Koronavirusa yoluxmuş şəxs MAĞAZADA AŞKARLANDI

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan   verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Zaqatala şəhər sakini Ömər Aşdıyevə ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Mağazada aşkarlanan Ö.Aşdıyev polis əməkdaşları tərəfindən evinə geri qaytarılıb.

Həmin şəxs barəsində Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31