HƏYƏCAN TƏBİLİ hava 50 dərəcəyədək istiləşə bilər

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, yay aylarında gündəlik havanın temperaturu ilə bağlı proqnoz verdikdə görürük ki, bəzi günlərdə havanın temperaturu orta aylıq göstərici ilə müqayisədə 4-5 dərəcəyə çox olub:

"Bu, artıq maksimal qiymətlərin kəskin olmasını göstərir. Əvvəllər Bakıda havanın 38-39 dərəcə olmasını kəskin olaraq göstərirdiksə, indiki dövrdə bəzi günlərdə temperaturun 43-44 dərəcə olduğu müşahidə edilir.

Əgər müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturu 48-50 dərəcə ola bilər".

O qeyd edib ki, iqlim dəyişmələrinə səbəb olan sənayə az karbonlu texnologiya tədbiq etməlidir. (moderator)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31