Övladlarının toyunda OYNAYA BİLMƏDİLƏR- çünki...
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
10 Avqust 2021 10:30 ProblemGoranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.