Narkotik vasitələrə qarşı növbəti əməliyyat- BU ŞƏXSLƏR HƏBS EDİLDİ

Cəlilabadda “patı”nın dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

Cəlilabadda "patı"nın dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev,

Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31