PAŞİNYANIN ADAMI- 7 kəndin qaytarılmasından danışdı

Ermənistan mediası Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq getdiyi haqda yazır. Maraqlıdır ki, bunu adətən Paşinyana müxalif olan media gündəmə gətirirdi, indi isə Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vaqe Qalumyan danışır.

Qalumyan bildirir: "Tavuşda Ermənistanın nəzarətində olan Azərbaycan kəndləri var, düşünürəm ki, bu, həll edilməsi lazım olan problemdir".

Rusiya sərhədçilərinin Əskipara kəndinə gəlməsinin səbəbləri haqda yazımızda 7 kəndin masada olduğunu yazmışdıq. Paşinyanın deputatının sözləri də bu versiyanı gücləndirir.

Qazaxın eksklav olan 3 kəndinin qaytarılması üçün dəhliz lazımdır və görünür, rus hərbçilər bu dəhlizin təhlükəsizliyinə də nəzarət edə bilərlər. axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31