"26 Bakı komissarı"nın əsl tarixi araşdırıldı
Bu tarixi araşdırmaqdan ötrü Moskva, Berlin, Paris, Dehli, Sankt-Peterburq, İstanbul və Ankara arxivlərindəki bütün sənədlər ölkəmizə gətirilib
26 May 2013 19:19 ProblemYaxın günlərdə Azərbaycan xalqının cəlladları - 26 Bakı komissarının əsl tarixindən bəhs edən tədqiqat əsərinin təqdimatı keçiriləcək.Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov deyib.Alim diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ikicildlik tarixi ensiklopediyası yaradılıb. Bu dövrü tamamilə araşdırırıq. Eyni zamanda, ermənilərin işğalçılıq tarixi və 26 Bakı komissarlarının tarixi araşdırılmışdır. Bu tarixi araşdırmaq və yenidən yazmaqdan ötrü Moskva, Berlin, Paris, Dehli, Sankt-Peterburq, İstanbul və Ankara arxivlərindəki bütün sənədlər ölkəmizə gətirilmişdir. Aparılmış tədqiqatların nəticəsi olaraq çoxlu əsərlər yazılmışdır. Yaxın gələcəkdə onların təqdimatları keçiriləcək.