Beyləqanda anbar yanıb

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Olaylar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31