Tarlalarda, çöllərdə itən uşaqlıq - Ekspertlər həyəcan təbili çalır

“Vəziyyət acınacaqlıdır”

Uşaq əməyindən istifadə son zamanlar dünyanın diqqətində olan aktual məsələlər sırasındadır. Araşdırmalar da onu deməyə əsas verir ki, bu yöndə beynəlxalq hüquq normalarının qəbul olunmasına baxmayaraq, Avropa, Asiya, eləcə də Afrika və ABŞ-da uşaq əməyindən istifadə halları var. Uşaq əməyindən dünya ölkələrində müxtəlif sahələrdə, kənd təsərrüfatı, sənaye, ictimai-iaşə sahəsələrində geniş istifadə olunur. Ekspertlər isə uşaq əməyindən istifadənin qlobal hal almasının dünya üçün təhlükə olduğunu qeyd edirlər. Bildirirlər ki, yetkinlik yaşına çatmayan uşaqların fiziki işlərə cəlb olunması gələcək nəsillərin normal formalaşmasına birbaşa təsir edən amillərdəndir. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığı bir dövrdə fiziki işlərlə məşğul olduğu vaxt onlarda müəyyən xəstəliklər yaranır ki, bu da sonda nəsilartırmaya təsirsiz ötüşmür. Azərbaycanda uşaq əməyindən istifadə baxımından real vəziyyəti qiymətləndirərkən aydın olur ki, bu problem bizdən də yan keçməyib. Bu gün ayrı-ayrı satış mərkəzlərində, eləcə də  ictimai-iaşə obyektlərində və kənd təsərrüfatında uşaq əməyindən geniş istifadə olunur. Bu yöndə hüquqi normativ aktların qəbul olunmasına və dövlət tərəfindən uşaq əməyinin istismarına qarşı davamlı addımlar atılmasına baxmayaraq uşaq əməyindən istifadə əhəmiyyətli çəkiyə qədər gəlib çıxıb. Məsələyə münasibət bildirən ekspert Gülnarə Bağırova dedi ki,  Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunverici bazanın olması bu sahədə olan problemlərin aradan qaldırılması üçün gözəl vasitədir. Ancaq bəzi hallarda qanunun pozulması baş verir: "Qanunvericilik 16 yaşdan işləməyi nəzərdə tutsa da, bəzən 13-15 yaş şkalasında olan uşaqların məcburi əməyə cəlb olundugunun şahidi oluruq. Bu əsasən xidmət sektorunda, nəqliyyat, kənd təsərrufatında özunu bariz gostərir. Belə ki, ictimai iaşə muəssisələrində, kafe və yeməkxanalarda, bəzi qadın və kişi gözəllik salonlarında, avtotəmir və digər emalatxanalarda, nəqliyyatda, xususilə də avtobuslarda 16 yaşa qədər olan uşaqların işə cəlb olunması hallarına rast gəlmək olur. Kənd təsərrufatında bu hallar movcuddur və deyərdim ki, regionlarda bunlar adi hala cevrilib. Bunun belə də olmasını həm valideynlər, həm işə götürənlər və həm də uşaqlar ozləri də təəccublə qarşılamırlar. Əslində bunların əksəriyyəti qanunvericiliklə bunun qadagan olundugunu bilmirlər. Hətta valideynlər, fermerlər və uşaqlar tərəfindən belə bir ifadəyə tez-tez rast gəlirik ki, oz torpagımızda özümüz işləməliyik və burada heç bir yaşdan söhbət gedə bilməz". Ekspert qeyd edir ki, bu gün uşaq əməyindən istifadə sahəsində ən ciddi problem kənd təsərrüfatındadır: "Kənd təsərrufatında bu hallara demək olar ki, nəzarət olunmur. Uşaq əməyindən həm əkin-biçin işlərin, həm də maldarlıq sahələrində istifadə olunur. Bu sahəyə birbaşa cavabdeh olanlar isə mövcud vəziyyəti görüb, bilsələr də nədənsə məsələyə ciddi yanaşmırlar. Əgər bu sahədə monitorinq aparılsa acınacaqlı vəziyyət gercəkliyi ilə üzə cıxar". G.Bağırova onu da qeyd edib ki, uşaq əməyindən istifadə regionlarda daha geniş vüsət alıb. Bu da maarifçilik işinin həmin ərazilərdə aşağı səviyyədə olmasına da dəlalət edir. Ekspert qanunvericilikdə müəyyən boşluqların olduğunu dedi. Bildirdi ki, qanunvericilikdə ziddiyət, bir-birini təkzib ədən amillərə də rast gəlinir: "Belə ki, Azərbaycanın da qoşuldugu Uşaq Konvensiyasina gorə 16 yaşa qədər uşaq sayılır və onun huquqları uşaq huquqları qanunvericiliyi ilə tənzimlənməlidir. Digər qanunumuz olan Gənclər Qanununda isə gənc anlayışı kimi 14-29 yaş götürülür. Mənim mövqeyimə gorə gənc 16 yaşdan sayılmalıdır, 14 yaşında necə gənc ola bilər? Nikah məcəlləsində isə qeyd olunur ki, qızın ərə getmə yaşi 17-dir, amma yerli icra hakimiyyəti müəyyən hallarda 16 yaşa icazə verə bilər. Burada da uşaq huququ pozulur, 16 yaşında qızın ərə verilməsi, uşağın ərə verilməsi məntiqini ortaya qoyur".

Ədil Ədilzadə
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31