Kürdəmiri su basdı

Kürdəmirdə şəhərin mərkəzindəki evləri su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kürdəmir rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31