Azərbaycanda səs-küylü həbslər olacaq? — “Heç kim toxunulmaz deyil“
6 May 2021 10:24 ProblemDövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun istintaqa cəlb edilməsi barədə məlumatlar yayılıb. Bununla paralel olaraq Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun vəzifə səlahiyyətləri başa çatdıqdan sonra saxta sənəd imzalatdığına dair iddialar ortaya atılıb. Təbii olaraq sabiq məmurların silsilə həbslərin gerçəkləşdiyi bir vaxtda bu xəbərlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi ekspertlər ölkədə tezliklə səs-küylü həbslərin baş verəcəyini diqqətə çatdırır.
Maraqlıdır, vəzifədən bir neçə il əvvəl uzaqlaşdırılmış şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi gözləniləndirmi?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclis deputatı Fazil Mustafa qeyd edib ki, bu, istintaq orqanlarının gəldiyi nəticədən asılı olacaq: