CƏLİLABADDA ŞOK OLAY: Başçı müavini, təhsil müdiri məktəblini məhkum olunmuş şəxsə döydürtdürüb ölümlə hədələtdilər
5 May 2021 13:02 ProblemCəlilabad rayon sakini Habil Ələsgərov yerli təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın əlindən qaçaq düşüb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə REPORTYOR.info-ya Habil Ələsgərovun özü bildirib.
Şikayətçi deyib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) akademiyasında təhsil almaq istəyib. Lakin Qərənfil Əhmədova buna dəfələrlə mane olub.
"Mənə lazım olan sənədləri vermir. Şikayət edəndə də hədələyir. Dəfələrlə onun və həyat yoldaşının təhdidləri ilə üzləşmişəm. Hətta bir dəfə döyülmüşəm. Həyat yoldaşı dəfələrlə məhkum olunmuş şəxsdir. Məni təhdid edir ki, Qərənfil Əhmədova barədə şikayət etsən, sonun pis olacaq", - deyə Habil Ələsgərov bildirib.

O əlavə edib ki, Qərənfil Əhmədovaya Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova və Göytəpə 2 saylı tam orta məktəbin direktoru Musa Məmmədovdur. "Əslində bu işlərin başında Musa Məmmədov dayanır. O, mənim qohumumdur. Amma bizim ailə ilə şəxsi ədavəti var. Hətta atamı tutdurub. Mənə də deyir ki, axırın yaxşı olmayacaq. Qərənfil Əhmədova onun təhriki ilə bu işləri edir. Şöbə müdirindən şikayət etdikdə isə Elnarə Həsənova ona dəstək olur", - deyə vətəndaş bildirib.
Şikayətçinin sözlərinə görə, üzləşdiyi problemlə əlaqədar yerli hüquq-mühafizə orqanlarında müraciət etsə də, heç bir tədbir görülməyib: "Nəticədə mən Cəlilabaddan qaçqın düşmüşəm. Məni təhsil almağa qoymurlar. Zabit olmaq, hərbi formanı geyinib dövlətimə xidmət etmək, vətənimin keşiyində dayanmaq istəyirəm. Amma Qərənfil Əhmədova buna imkan vermir".
Habil Ələsgərov sonda Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib: "Cənab Prezident, cənab nazir, xahişim budur ki, bu məsələni şəxsi nəzarətinizə götürəsəniz. Mənim gəncliyimi məhv edirlər, təhsil almaq hüququmu kobudcasına məhdudlaşdırırlar.
Cənab prezident, hörmətli DTX-nin rəisi Sizlərə bildirirəm ki, etdiyim şikayətlərə baxmayaraq rüşvətxor RTŞ-nın müdiri Qərənfil Əhmədova, məktəb direktoru Musa Məmmədov və icra başçısı müavini Elnarə Həsənovanın əməlləri barədə heç bir tədbir görülmür. Dəfələrlə döyülüb, ölümlə hədələnmişəm, həyatım təhlükədədir. Ümidim sizədir".
Şikayətçi həmçinin Daxili İşlər naziri Vilayət Eyvazovdan yardım istəyib. "Cənab nazir, rayon polis rəisi mənim şikayətlərimi baxmır və məmurların yanında duraaq onları dəstəkləyir..." güninfo.az