Xalidə Xalid azadliqda - AÇIQLAMA - YENİLƏNİB-1

Hazırda İranda səfərdə olan Azərbaycan Milli Məclisinin komitə sədri Eldar İbrahimov da APA-ya açıqlamasında Xalidə Xalidin və sürücüsünün azadlığa buraxıldığını təsdiqləyib. O deyib ki, səfər çərçivəsində onlara hər iki Azərbaycan vətəndaşının azadlığa buraxılması barədə məlumat verilib.E. İbrahimov bu şəxslərin Azərbaycana dönəcəkləri vaxtla bağlı dəqiq məlumatı olmadığını da bildirib.

***
12.18

Azərbaycan Milli Elmlər Akademiyasının Təbrizdə həbs edilən əməkdaşı, Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhiyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.



Bu barədə APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.


Səfir hər iki şəxsin mayın 19-da səhər saatlarında azadlığa buraxıldığını deyib.


Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31