İranda saxlanılan AMEA-nın elmi işçisi və onun sürücüsü azadlığa buraxıldı
Bu barədə ANS-in İran bürosu məlumat verib
19 May 2013 11:57 Problemİranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə məlumatı ANS-in İran bürosu verib.Qeyd edək ki, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana səfəri davam edir. Bu gün onun rəhbərlik etdiyi nümayəndə heyətin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31