Hacıqabulda camaat susuzluqdan qırılır - PROBLEM

Xilə sakinləri aksiya keçirməyi planlaşdırır

Hacıqabul rayon Xilə yaşayış massivində əhali su üzünə həsrət qalıb. Yerli sakinlərin "OLAYLAR"a verdiyi məlumata görə, su probleminin həlli ilə əlaqədar aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq problem bu günə qədər həllini tapmayıb. Sakinlər bildirirlər ki, Xiləyə verilən suyun həcmi az olduğu  üçün problem daha ciddi hal alıb: "Suyu iki gündən bir verirlər. Sakinlər suya olan tələbatını ödəmək üçün su çənlərindən istifadə edirlər. Bununla bağlı rayon rəhbərliyinə, aidiyyatı qurumlara müraciət etsək də bizim problemlə heç kim maraqlanmır. İcra hakimiyyətindən və su idarəsindən bizə bildirirlər ki, su boruları istifadəyə yararsız olduğu üçün belə bir problem ortaya çıxır". Sakinlər onu da qeyd edir ki, yayın qızmar günündə suya olan problemlərini ödəmək üçün digər yollardan istifadə etmək məcburiyyətində qalırlar. Xilə vətəndaşları onu da bildirib ki, su ilə bağlı yaranan problem yaxın zamanda öz həllini tapmasa Prezident Adminstrasiyasının qarşısında aksiya keçirib, aidiyyatı qurumların diqqətini bu məsələyə yönəldəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31