Üzümü imkanlı adamlara tuturam
17 May 2013 13:17 Problem2007-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Süd vəzi xərçəngi ilə başlayan bu dəhşətli xəstəlik ilkin mərhələdə qarşısı alınsa da, sonralar maddi çətinlik üzündən kontrol müayinə və profilaktik müalicələrə gedə bilmədiyimdən (əməliyyat, radio və kimyaterapiya Moskvada Bloxin adına Onkoloji Mərkəzdə olmuşdur), eləcə də yaşayış şəraitinin dözülməz olması üzündən metastazlarla (beyin, ağciyər, mədə, bağırsaq) kəskinləşmələr verdi. Göydə Allahın, yerdə xeyirxah insanların (maddi yardım göstərənlərin) və peşəkar həkimlərin köməyilə beyin əməliyyatı, Gamma-knife və başqa neçə-neçə əməliyyatlar, süa və kimyəvi terapiyalarla ( İstanbulun Acıbadem və Kadıköyşifa xəstəxanalrında) bu gün ayaqdayam. Amma məlum olduğu kimi bu xəstəliyin müalicəsi uzun sürən və bahalı müalicə olub, psixoloji pozitivlik və rahatlıq tələb edir. Bütün günü müalicənin tibbi nəticəsindən başqa, həm də maddi tərəflərini, kimdən daha nə qədər borc ala bilərəm, aldığım borcları necə qaytara bilərəm deyə fikirləşə-fikirləşə vəziyyətim daha da pisləşir. Qeyd edim ki, edilən yardımlarla yanaşı rayondakı evimizi, burdakı bütün əşyalarımızı belə satmışıq. Amma yenə də çatdırmaq olmur. 2010-cu ildən bura 3 aydan bir 5000-10000 AZN müayinə və müalicələrə lazım gəlir. Mən 2-ci qrup əlil kimi 85 AZN, pensiyada olan anam isə 176 AZN pensiya alırıq. Qohum-tanış, hətta tanımayanlar belə bacardıqları qədər kömək ediblər. Yeri gəmişkən, onların hamısına burdan təşəkkürlərimi bildirirəm və hər zaman dua edirəm. Üzümü yenə imkanlı və xeyirxah insanlara tutub yardım etmələrini xahiş edirəm. Dərin hörmət və ehtiramla,
İlhamə Kərimova
P.S. Özüm haqda.
12 avqust 1971-ci il təvəllüd .
BDU-nun məzunuyam.
"Space", "Lider" telekanallarında , "Azərbaycanfilm" kinostudiyasında işləmişəm.
Atam 40 il Azərbaycan Dövlət Neft Akademiyasında müəllim işləyib. (2003-cü ildə vafat edib)
Anam 31 il orta məktəbdə müəllimə işləyib, hazırda pensiyaçıdır.
Ünvan: Bakı şəhəri, 3-cü Alatava, ev 322
Əlaqə telefonları: 050-323-73-83
055-533-05--83
Bank rekvizitləri:
Zaminbank ASC "Cənub" filialı
Kod - 50894
VOEN - 1400009111
M/h - AZ88NABZ01350100000000048944
S.W.F.I.T -BIKZAMİAZ22
H|N - 38010010780000
Kərimova İlhamə Camal qızı