Şəkidə torpaq sürüşməsi genişlənir
Şəkinin dağlıq hissəsində artlq iki ilə yaxındır ki, torpaq sürüşməsi müşahidə edilir
16 May 2013 17:06 ProblemMilli.Az Kanal S-ə istinadən xəbər verir ki, son zamanlar isə bu təhlükə bir az da artıb. Xoşbəxtlikdən, sürüşmə qısa çəkib və evlərə çatmadan dayanıb. Ancaq bu hələ təhlükənin keçdiyi anlamına gəlmir. Belə ki, ərazidə torpaq axını hələ də müşahidə edilməkdədir. Belə olan halda burada yaşayan insanların həyatı çox böyük təhlükəyə atılır. Həmçinin ərazidə Ana abidəsi və İkinci Dünya müharibəsinə aid muzeyin də var və onların da sürüşməyə məruz qalacağını gözləmək olar.
Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik. Qurumdan verilən məlumata görə, ərazidəki güclü torpaq axınının qarşısını almaq üçün layihə hazırdır. İndi layihənin smetasının hazırlandığı və bundan sonra ərazidə 50-70 metr hündürlüyü olan beton sədlərin inşa ediləcəyi qeyd edilib. İşlərin qısa müddətdə başlanacağını da bildirən ərazinin tikinti üzrə nəzarətçisi buradakı evlər üçün hazırda heç bir təhlükənin olmadığını bildirib.