Azərbaycanda təbii qazın verilişində problem yaranıb

Araz Ağayev: “Azəriqaz” İB-nin ölçü qovşağında təmir-tikinti işləri aparılır”

Son günlər respublikanın bir çox bölgələrində, eləcə də Bakının Nəsimi və Nərimanov rayonlarının ərazisinə təbii qazın verilişində fasilələr yaranıb. Məsələyə aydınlıq gətirmək üçün "ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayevlə əlaqə saxladıq. A.Ağayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda "Azəriqaz" İB-nin ölçü qovşağında aparılan təmir-tikinti işləri səbəbindən adıçəkilən ərazilərə təbii qazın verilişində müvəqqəti məhdudiyyət yaranıb. Onun sözlərinə görə, bu gün saat 18.00-da İB-nin ölçü qovşağında bir müddət əvvəl başlanmış təmir-tikinti işləri yekunlaşacaq və bundan sonra problemli rayonlara təbii qazın nəqli bərpa olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31