DSMF Gəncə şəhər Kəpəz şöbəsində külli miqdarda dövlət əmlakının mənimsənildiyi müəyyən edilib
Şöbə müdiri vəzifəsində işləmiş Nizami Əhmədovun qanunsuz əməlləri üzə çıxıb
4 Mart 2021 13:36 ProblemŞöbə müdiri vəzifəsində işləmiş Nizami Əhmədovun qanunsuz əməlləri üzə çıxıb
Ölkədə həyata keçirilən islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, president İlham Əliyevin yerli və mərkəzi icra hakimiyyətləri, o cümlədən yerli özünüidarə qurumları qarşısında qoyduğu əsas vəzifələrdən biri də şəffaflığın təmin edilməsidindən ibarətdir. Çunki korrupsiya dövlət və dövlətçilik anlamına ziddir. Korrupsiya olan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz. Odur ki, istənilən sahədə inkişafa mane olan əsas faktorlardan hesab olunan korrupsiya müasir dövrümüzdə dünyanın əksər ölkələrini narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi və sosial inkişafı əngəlləyir, cəmiyyətdə mövcud olan ehtiyatlardan səmərəsiz istifadə edilməsinə şərait yaradır, vətəndaş hüquq və azadlıqlarına ciddi ziyan vurur. Bu da təbii ki, dövlətin içərisindən məhv olması deməkdir. Bunun üçün dövlətin qarşısında dayanan ən birinci vəzifələrdən biri korrupsiyaya qarşı sistemli mübarizə aparmaqdır. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ixtisaslaşmış yerli və beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.
Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də ölkədə adi vətəndaşlardan tutmuş iş adamlarına qədər soydaşlarımızın vəzifəli şəxslərin fırıldaqlarının qurbanına çevrilməsi faktlarına rast gəlinir. Artıq belə hallar təkcə paytaxt Bakıda deyil, regionlarda da baş verməkdədir. Məsələ orasındadır ki, vəzifəli şəxslərin imkan dairələri geniş olduğundan vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi elə də asan başa gəlmir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların hüquqlarının pozulması ilə bağlı xəbərin biri də Gəncə şəhər Kəpəz tayonundan gəlib. Məlumata görə, 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədovun qanunsuz əməlləri üzə çıxıb. Yeri gəlmişkən xatırladaq ki, bundan əvvəl N.Əhmədovun digər qardaşı Natiq Əhmədov barəsində də çinayət işi açılmışdı.Yayılan məlumata əsasən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşı, 2016-2018-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Nizami Əhmədovun qanunsuz əməlləri üzə çıxıb. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin külli miqdarda dövlət əmlakını mənimsədiyi müəyyən edilib: "İstintaq zamanı 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin sabiq müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilmişdir". Vurğulanır ki, həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Halbuki, eyni əməllərlə DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində həbs olunanlar, Elçin Ələkbərov, Bəyalı Xəlilov, DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla, pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək, vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib. Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyalı Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdi. (Huriyyət qəzetinin 4-5 mart sayı). Adıçəkilən şəxslərdən Elçin Ələkbərov, Bəyalı Xəlilov, Arif Qənbərov, Şahin Məmmədov, Gəncə Şəhər Ağır Çinayətlər məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilərək, İstindaq təcritxanasına göndərilsədə, digər şəxslər - Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun qardaşı Nizami Əhmədov, Səmayə Eminova hələ də azadlıqdadırlar və istədikəri kimi həyatlarını yaşayırlar. Qeyd edək ki, həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Xatırladaq ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun ailə üzvlərindən ikinci şəxsdir ki, korrupsiyada adı çəkilir. Belə ki, həmin şəxsin digər qardaşı Natiq Əhmədov barəsində də Gəncə Şəhər "Su İdarəsinin" rəisi işlədiyi vaxtlarda qanunsuz əməlləri ilə bağlı Korrupsiya İdarəsində çinayət işi açılıb.
Nurlan
Olaylar.az