Qarabağda DƏHŞƏT - Çox sayda hərbçimizin VƏZİYYƏTİ AĞIRDIR
9 Fevral 2021 14:01 ProblemAzərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
Olaylar.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31