Bu rayonlarımızdan xeyli sayda erməni hərbçisinin CƏSƏDİ TAPILDI
18 Dekabr 2020 14:03 Problemİşğaldan azad olunmuş Azərbaycan rayonları Füzuli, Cəbrayıl və Xocavəndin Ağoğlan (Hadrut) bölgəsində aparılan axtarışlar zamanı daha 35 erməni hərbçinin və bir mülki şəxsin qalıqları tapılıb.
Olaylar.az xəbər verir ki, Qarabağdakı keçmiş qondarma rejimin fövqəladə hallar üzrə dövlət xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan bildirib.
Mövcud məlumatlara görə, bu günə qədər ümumilikdə, 969 erməninin qalıqları tapılıb.
Axtarışda itkin düşən əsgərlərin yaxınları və ərazi ilə tanış olan könüllülər iştirak edir.
Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2 min 996 hərbçi cəsədinin məhkəmə tibbi ekspertizasına aparıldığını bildirmişdi.(publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31