Ermənilər Tavuş istiqamətində bir azərbaycanlını əsir götürdülər
11 Dekabr 2020 15:21 ProblemErmənistan Milli Təhlükəsizlik Xidməti sərhədin qanunsuz keçilməsi məsələsi ilə bağlı cinayət işi açıb.
"Dünən gecə bir azərbaycanlı Ermənistanın Tavuş bölgəsində sərhəddə yerləşən Berdavan kəndinə daxil olub. Hazırda o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.Onun Ermənistanın dövlət sərhədini keçməsi barədə əməliyyat məlumatı aldıq. Axtarış nəticəsində o, tapılaraq saxlanıldı. Hadisə ilə bağlı cinayət işi başlanıb", - deyə məlumatda qeyd edilib.
Təhlükəsizlik səbəbilə hələ ki, təfərrüatlar açıqlanmayıb. /bakupost.az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31