Qarabağa 36 min erməni qaçqın qaytarılıb - Rusiya açıqladı
9 Dekabr 2020 13:01 ProblemDağlıq Qarabağa 36 mindən artıq erməni qaçqın qaytarılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.
"Humanitar tədbirlər sayəsində 36 mindən çox qaçqın təhlükəsiz şəkildə öz evlərinə qayıdıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, son bir sutka ərzində Ermənistandan Qarabağa 1136 erməni qayıdıb.
Əlavə olunur ki, sülhməramlılar döyüşlər zamanı sıradan çıxan infrastrukturun bərpasına kömək edirlər.(teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31