Füzuli rayonundakı Hacı Ələkbər məscidi də dağıdılıb
7 Dekabr 2020 14:34 ProblemFüzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. "Olaylar" Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə "Memar Kərbalayı Səfixan Qarabağinin işidir" - sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də - hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31