16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini- VİDEO
30 Noyabr 2020 14:28 ProblemAzərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı növbəti video müraciəti təqdim edir.
Olaylar.az-ın məlumatına görə, bu dəfə 1992-cı il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itgin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.
Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və baçımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31