Rus istehkamçıları Xankəndidə - VİDEO

Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin məsuliyyət zonasında ərazinin minalardan təmizlənməsi ilə məşğul olan rus hərbi mühəndis-istehkamçılar 1 gündə 87 partlayıcı obyekt aşkar edərək zərərsizləşdiriblər.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq Xankəndinin cənubundakı yolun 1,5 km-dən çox hissəsi, ətrafındakı 2 hektardan çox ərazi minalardan təmizlənib. Proses zamanı, ümumilikdə, 144 partlayıcı məhv edilib.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31