Ermənilər Kəlbəcərdə görün nələr etdi - FOTOLAR

Tarix boyu vandal və vəhşi xislətlərini ortaya qoymaqdan çəkinməyən ermənilər Kəlbəcərdən birdəfəlik çıxışlarında da öz təbiətlərinə uyğun davranışlar sərgiləyib.

Olaylar.az xəbər verir ki, işğal etdikləri ərazilərə bir daha geri qayıtmayacaqlarını bilən ermənilər özləri ilə daşıya bildikləri əşyaları aparır, apara bilmədiklərinə isə od vuraraq yandırır.

Bu, təkcə sadə xalqa xas hərəkət deyil. RİA "Novosti"nin məlumatına görə, şəhəri tərk edən erməni hərbi birləşmələri postlarını, kazarmalarını və istifadə etdikləri bütün məntəqələri dağıdaraq yandırır.

Bölgədən çəkilmiş son fotoları təqdim edirik.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31