Erməni general niyə məğlub olduqlarını açıqladı - SƏBƏB
23 Noyabr 2020 11:12 ProblemErmənistan Müdafiə Nazirliyindəki vəzifəsindən istefa verən general Movses Akopyan müharibədə niyə məğlub olduqları ilə bağlı növbəti dəfə açıqlama verib.
Olaylar.az xəbər verir ki, Akopyan Rusiyadan aldıqları Su-30M döyüş təyyarələrindən istifadə etmədiklərini məğlubiyyətin vacib amillərindən biri kimi dəyərləndirib. Generalın sözlərinə görə, buna səbəb həmin təyyarələrin lazımi raketlərlə təchiz olunmamasıdır:
"Rusiya bu raketlərin satışına qadağa qoydu. Bununla yanaşı, heç bir işə yaramayan HMS aldıq".
Movses Akopyanın açıqlamaları ilə bağlı Ermənistan Baş Prokurorluğu araşdlrmaya başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31