Baş nazir Ermənistanın Qarabağdakı itkilərini açıqladı - Yüzlərlə itkin var

Erməni tərəfdən itkin düşən döyüşçülərin sayı yüzlərlədir.

Erməni tərəfdən itkin düşən döyüşçülərin sayı yüzlərlədir.

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Qarabağdakı döyüş əməliyyatları zamanı öldürülən erməni döyüşçülərinin sayı təxminən 2 min 400 nəfərdir.

Ermənistanın baş naziri əsirlərin dəyişdirilməsi və itkinlərin tapılması prosesi başa çatdıqdan sonra ölkədə milli matəm elan olunacağını qeyd edib.

Qeyd edək ki, qeyri-rəsmi məlumata əsasən, Ermənistan Qarabağ döyüşlərində 13 minə qədər canlı qüvvə itirib.(publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31