Ermənilər silah-sursatı Qarabağdan Ermənistana daşıyır - KİV
9 Noyabr 2020 16:46 ProblemErmənistan polisi növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana qaçaqmalçılıq yolu ilə silah gətirilməsini aşkar edib.
Olaylar.az-ın erməni kütləvi informasiya vasitələrinə (KİV) istinadən məlumatına görə, hadisə Vardenis rayonunda qeydə alınıb.
Məlumata əsasən, Qarabağdan Ermənistana qayıdan şəxslərin avtomobilində qumbaralar, avtomat və patronlar aşkarlanıb. Silahlar müsadirə edilib.
Qeyd edək ki, son həftələr ərzində Qarabağdan Ermənistana bir neçə dəfə silah keçirilməsinin qarşısı alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31