Təhsil naziri: “Bərdədə həlak olan Şahmalı məcburi köçkün məktəbinin şagirdi idi”
7 Noyabr 2020 20:24 ProblemBərdədə düşmən atəşi nəticəsində ölən 16 yaşlı yeniyetmə Ağdamda məcburi köçkün məktəbində təhsil alırmış.
Bu barədə Təhsil naziri Emin Əmrullayev açıqlama yayıb:
"Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.
Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı.
Allah rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31