İşğalçı ermənilərin Bərdəyə xain hücumunun yeni görüntüləri yayıldı - ANBAAN VİDEO
2 Noyabr 2020 11:23 ProblemErmənistanın Bərdə şəhərini raket atəşinə tutmasının yeni görüntüləri yayılıb.
Düşmən növbəti dəfə Bərdə şəhərində dinc əhalini, mülki obyektləri raket atəşinə tutub.
Bərdədə küçədə qoyulan təhlükəsizlik kameraları tərəfindən qeydə alınan raket hücumunun anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı bölmələrinin dinc sakinləri hədəfə alaraq, Bərdəni atəşə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31